Heqset: "Starshield"ə çıxışla bağlı heç bir göstəriş verməmişik
ABŞ administrasiyası Ukraynanın hərbi təyinatlı "Starshield" peyk rabitə sisteminə çıxışı ilə bağlı yanaşmasını dəyişmədiyini açıqlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Biz heç nəyi ləğv etməmişik. Xidmətlərin göstərilməsi ilə bağlı əməl olunmalı şərtlər var və "Starlink" bu məsələdə qərar vermək imkanına malikdir. Bizim nöqteyi-nəzərimizdən heç nə dəyişməyib. Heç bir göstəriş verməmişik”, – deyə Heqset Ukraynanın "Starshield" sisteminə çıxışı ilə bağlı suala cavabında deyib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Ukraynanın hərbi təyinatlı "Starshield" peyk rabitə sisteminə çıxışdan məhrum edildiyini açıqlamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski isə oktyabrın 20-də Rubio ilə telefon danışığı zamanı Ukraynanın "Starlink"/"Starshield" peyk rabitəsinə çıxışının bərpa olunmasını xahiş etdiyini bildirmişdi.
