Ukraynada "Starshield" rabitəsinin fəaliyyəti yenidən tam bərpa olunub


Ağ Ev bu həftənin əvvəlində Ukrayna hərbçiləri üçün "Starshield" peyk rabitəsi xidmətinin məhdudlaşdırılması barədə göstəriş verib.

AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbərliyinə Ukrayna ordusu üçün "Starshield" xidmətinin işini zəiflətmək barədə bildiriş göndərilib. Qərarı kimin verdiyi açıqlanmayıb. Ağ Ev administrasiyasının əməkdaşı isə ABŞ Prezidenti Donald Trampın belə bir göstəriş vermədiyini bildirib.

Hərbi məqsədlər üçün nəzərdə tutulan "Starshield" peyk rabitəsi “SpaceX” şirkətinin təqdim etdiyi "Starlink" sisteminin bir hissəsidir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski "Starlink" sisteminin ölkədə fəaliyyətinin dayandırılmasını səhv adlandıraraq İlon Maskdan xidmətin bərpasını istəmişdi. Ukraynanın RBK-Ukrayna agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən "Starshield" xidmətinin tam həcmdə bərpa olunduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu