ABŞ-ın ticarət naziri Meksika ilə sazişin bağlanmasına mane olur - media
ABŞ-ın ticarət naziri Hovard Latnikin mövqeyi Meksika ilə ticarət sazişinin imzalanması üzrə danışıqların ləngiməsinə səbəb olub.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, tərəflər ABŞ-ın Meksikadan idxal etdiyi polad, alüminium və avtomobillərə tətbiq olunan gömrük rüsumlarının azaldılması ilə bağlı razılaşmaya yaxın olublar. Lakin Latnik avtomobillərə tətbiq edilən 25 faizlik, polad və alüminiuma tətbiq olunan 50 faizlik rüsumların əhəmiyyətli dərəcədə azaldılmasına qarşı çıxıb.
Saziş üzərində danışıqlara ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir rəhbərlik edib. WSJ yazır ki, Latnikin müdaxiləsi onun 2026-cı ilin böyük hissəsində arxa plana keçdikdən sonra ABŞ administrasiyasının ticarət siyasətində yenidən fəal rol oynadığını göstərir.
