İçməli sudakı mikroplastikləri azaltmağın sadə yolu: Qaynadıb süzmək



Çində alimlərin apardığı araşdırmalar içməli sudakı təhlükəli mikroplastikləri təmizləməyin ev şəraitində asanlıqla tətbiq oluna bilən praktik üsulunu ortaya qoyub.

AFN.az xəbər verir ki, kran suyunun qaynadılması və sadə süzgəcdən keçirilməsi orqanizmə daxil olan plastik hissəciklərin miqdarını əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqatçılar xüsusilə əhəng miqdarı yüksək olan sərt sular qaynadıldıqda kalsium karbonat, yəni əhəng çöküntüsünün əmələ gəldiyini müəyyən ediblər.

Temperaturun təsiri ilə yaranan bu əhəng təbəqəsi sudakı plastik hissəcikləri sanki qabıq kimi əhatə edərək özündə tutur.

Su daha sonra çay süzgəci kimi sadə metal tor vasitəsilə süzüldükdə, həmin təbəqənin içində qalan plastik hissəcikləri sudan ayırmaq mümkün olur.

Sərt sularda bu üsulun effektivliyi 90 faizə çatır.

Yumşaq sularda belə, plastik hissəciklərin təxminən dörddə biri bu üsulla təmizlənir. Əhəng miqdarı yüksək olan sərt sularda isə təmizlənmə effektivliyi 90 faizə qədər yüksəlir.

Su təmizləyici qurğuların hər zaman kifayət qədər effektiv olmadığı indiki şəraitdə suyun qaynadılıb süzülməsi qlobal miqyasda mikroplastiklərə məruz qalmanı azaltmaq üçün uzunmüddətli və tətbiq oluna bilən həll yolu təklif edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu