ABŞ müttəfiqlərinə sursat satışını müvəqqəti dayandırıb
ABŞ öz sursat ehtiyatlarını artırmaq üçün müttəfiqlərinə satışları müvəqqəti dayandırıb və ehtiyatlar bərpa olunduqdan sonra tədarükü yenidən başlamağı planlaşdırır.
AFN.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində bildirib.
Tramp keçmiş prezident Co Baydeni Ukraynaya milyardlarla dollarlıq hərbi yardım göstərdiyinə görə tənqid edib. Onun sözlərinə görə, əvvəlki administrasiya Kiyevə “Patriot” sistemləri və “Tomahawk” raketləri də daxil olmaqla, böyük həcmdə silah verib.
ABŞ lideri Ağ Evə qayıtdıqdan sonra Avropa ölkələrindən Amerika silahlarının pulunu ödəməyi tələb etdiyini bildirib. Trampın sözlərinə görə, Avropa ölkələri ödəniş edib, ABŞ isə onlara sursat göndərib.
