Çin Əfqanıstanı terrorizmlə mübarizədə real addımlar atmağa çağırıb
Çin Əfqanıstan hakimiyyətini ölkə ərazisindəki terrorçu qüvvələrin aradan qaldırılması üçün real addımlar atmağa çağırıb.
AFN.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci iclasında bildirib.
Çin Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Van İ Əfqanıstanın Asiyada təhlükəsizliyin təmin olunmasında mühüm yer tutduğunu vurğulayıb. O, Əfqanıstan məsələsində regional koordinasiyanın gücləndirilməsinə, ölkənin inkişafına dəstək verilməsinə və əhaliyə humanitar yardım göstərilməsinə çağırıb.

