Çin NATO-nun Asiyada genişlənməsinə qarşı mübarizədə Fransaya ümid edir


Pekin Parisin NATO-nun Asiya-Sakit okean regionunda genişlənməsinə qarşı çıxacağına ümid edir.



Bunu Çinin xarici işlər naziri Van Yi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.



“Tayvan məsələsi Çinin daxili işidir, o, Çinin milli suverenliyi və ərazi bütövlüyünə aiddir və Ukrayna məsələsindən mahiyyət etibarı ilə fərqlidir”, - deyə Vanq Yinin Çin Xarici İşlər Nazirliyinin saytında yayılan açıqlamasında bildirilib: “Ümid edirik ki, Fransa düzgün mövqedən çıxış edəcək və NATO-nun Asiya-Sakit okean regionuna müdaxiləsinə qarşı çıxacaq”.



Çinin xarici işlər naziri vurğulayıb ki, hər iki ölkə strateji qarşılıqlı etimadı gücləndirməli və bir-birinin əsas maraqlarına hörmət etməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu