Tramp Vensin Tehranla dialoq qurmasına razılıq verib


ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla birbaşa danışıqları bərpa etmək təşəbbüsünə etiraz etməyib.

AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vens oktyabr ayında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayiyə məktub göndərərək görüş təşkil etməyi təklif edib. Hələlik görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunmasa da, vasitəçilər üzərindən müzakirələr davam edir.

Nəşr yazır ki, Venslə İran rəsmiləri görüşün keçirilməsinə razılıq verərsə, danışıqların növbəti mərhələsi üçün Doha nəzərdən keçirilə bilər.

İranın xarici işlər naziri Abbas Əraqçi isə daha əvvəl Venslə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında görüşün planlaşdırılmadığını bildirib. O, belə bir görüş barədə yayılan məlumatları əsassız adlandırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu