Şimali Koreya şərq sahilində yeni hərbi-dəniz bazası inşa edir


Şimali Koreya lideri Kim Çen In ölkənin şərq sahilində inşa edilən yeni hərbi-dəniz bazasının tikintisinin sürətləndirilməsini tapşırıb. 

AFN.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, Kim Çen In noyabrın 11-də tikinti sahəsinə baş çəkərək işlərin gedişi ilə tanış olub və bazanın partiya rəhbərliyinin müəyyən etdiyi müddətdə, tələb olunan keyfiyyət standartlarına uyğun tamamlanmasını tələb edib.

Şimali Koreya lideri bazanın müasir avadanlıqlarla təchiz olunmasını, imkanlarının genişləndirilməsini və müdafiə istehkamlarının gücləndirilməsini tapşırıb. Tikintinin sürətləndirilməsi məqsədilə işçilərin sayının artırılması və layihəyə rəhbərliyin gücləndirilməsi barədə də göstəriş verib.

Kim Çen Inın sözlərinə görə, yeni hərbi-dəniz kompleksi ölkənin Hərbi-Dəniz Qüvvələrinin idarə olunması, döyüş hazırlığı və inkişafı üçün əsas mərkəzə çevrilməlidir. O, layihənin həyata keçirilməsinin Şimali Koreyanın hərbi-dəniz infrastrukturunu gücləndirəcəyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu