Şimali Koreya gəmi əleyhinə raketi sınaqdan keçirib


Şimali Koreya ölkə lideri Kim Çen Inın rəhbərliyi altında yeni tipli gəmi əleyhinə raket “Padasuri-6”nı sınaqdan keçirib.


Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Sınaqlar çərşənbə günü, fevralın 14-də baş tutub. Raketin 23 dəqiqə havada qaldığı, Yapon dənizindəki “şərti hədəfləri” vurduğu bildirilir. KXDR lideri buraxılışın nəticələrindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, ölkə donanmasının döyüş qabiliyyətinin gücləndirilməsi “düşmən qüvvələrinin” təxribatlarının qarşısını almağa imkan verəcək.

Bundan əvvəl Şimali Koreyanın şərq sahillərinə beşinci dəfə qanadlı raketlər atdığı bildirilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu