Şimali Koreya yeni tipli strateji qanadlı raketi sınaqdan keçirdiyini açıqlayıb


Şimali Koreya “Bulhvasal-3-31” adlı yeni tipli strateji qanadlı raketin ilk sınaq atışının həyata keçirildiyini açıqlayıb.


Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreyanın Raket Baş İdarəsi yeni tipli strateji qanadlı raket “Bulhvasal-3-31”-in ilk sınaq atışını həyata keçirib.

Raket Baş İdarəsi atəşin silah sisteminin inkişaf etdirilməsi prosesi çərçivəsində adi və məcburi bir fəaliyyət olduğunu açıqlayıb.

Sınaq atışının qonşu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərmədiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu