Şimali Koreya super böyük döyüş başlıqlı qanadlı raket və zenit raketini sınaqdan keçirib


Şimali Koreya Baş Raket İdarəsi dünən Sarı dənizdə həyata keçirilən sınaqlarla bağlı açıqlama verib.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, açıqlamada super böyük döyüş başlığından istifadə edilən "Hvasal-1Ra-3" qanadlı raketinin sınaqdan keçirildiyi bildirilib.

“Pyoltsi-1-2” adlı yeni tipli zenit raketinin sınaqdan keçirildiyi barədə açıqlamada bu sınaqların müvafiq qurumların normal işi olduğu bildirilib.

Yonhap-ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, Sarı dənizə doğru atılan bir neçə qanadlı raket və zenit raketinin aşkar edildiyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu