Kim Çen In qızı ilə raket istehsalı zavoduna baş çəkib


Şimali Koreya lideri Kim Çen In ballistik raketlər üçün mobil raket buraxılış qurğuları istehsal edən zavoda baş çəkib.



Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Onu qızı Kim Ju-ae və partiya üzvləri müşayiət edib. Səfər zamanı Şimali Koreya lideri istehsalın gedişi ilə tanış olub və zavodda istehsal olunan iri reaktiv daşıyıcı raketlərə baxıb. Kim Çen In zavodun 2023-cü il üçün istehsal planını artıqlaması ilə yerinə yetirdiyini də qeyd edib. Onun sözlərinə görə, müəssisə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi kimi tarixi vəzifənin icrasında məsuliyyətli rol oynayır. KXDR lideri zavod qarşısında yeni vəzifələr də qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu