Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı


UEFA Millətlər Liqasında Lixtenşteyn ilə Azərbaycan arasında keçiriləcək görüşün hakimləri bəlli olub.

Oyunu Estoniyadan olan hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Kristo Toverdir. Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yoonas Yaanovits yerinə yetirəcək.

VAR-da Marko Liiva və Yuri Frişer işləyəcək.

Qarşılaşma noyabrın 13-də keçiriləcək və matça Bakı vaxtı ilə 23:45-də start veriləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu