Türkiyə millisinin Bakıdakı oyununun hakimi açıqlandı


AÇ-2020-nin Bakıda keçiriləcək Türkiyə – Uels matçının hakimləri açıqlanıb.


Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Artur Manuel Riberio Soares Dias olacaq. Ona yan xətt hakimləri Rui Tavareş və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək.

İyunun 16-da, Bakı Olimpiya stadionunda keçiriləcək Türkiyə – Uels matçı saat 20:00-da start götürəcək.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu