"Atletik"-"Qarabağ" matçının hakimləri açıqlandı


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

AFN.az xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Iqor Payaç olacaq. Ona yan xətdə Boyan Zobenitsaİvan Mihali kömək edəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək “Atletik” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu