“Atletik”-“Qarabağ” matçını israilli hakim idarə edəcək


UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının səfərdə “Atletik”ə qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Görüş İsraildən olan FİFA referisi Qal Leyboviçə həvalə edilib. Yan xətt hakimləri Haz Orpaz HenZeev Vladimir Frenkel olacaq. Dördüncü hakim funksiyasını ispaniyalı Con Andrade Del Olma yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 22-də baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu