“Frayburq” – “Qarabağ” matçının hakimləri açıqlandı


“Qarabağ”ın Avropa Liqasının G qrupunda 1-ci turda Almaniya “Frayburq”u ilə keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.


Qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Oyunun referisi Erik Lambrexts olacaq. Ona yan xətt hakimləri qismində Co de Ueyrdt və Matias Hillaert köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Uim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-i Almaniyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu