"Neftçi" - "Olimpiakos" matçının saatı və hakimləri açıqlandı


"Neftçi"nin Yunanıstan "Olimpiakos"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.


"Report"un məlumatına görə, iyulun 28-də Bakıda oynanılacaq qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Görüşün referisi Rikardo de Burqosa yan xətt hakimləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

"Bakcell Arena"da gerçəkləşəcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş isə iyulun 21-də Yunanıstanda olacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu