“Qarabağ” – “Bazel” görüşünün hakimləri açıqlandı


UEFA Konfrans Liqasının qrup mərhələsinin görüşlərinə təyinatlar açıqlanıb.


Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın yer aldığı H qrupunda İsveçrənin “Bazel” klubu ilə oyunu belçikalı hakimlər briqadasına tapşırılıb.

Belə ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın əsas söz sahibi Erik Lambrexts olacaq. Ona yan xətdə Rien Vanyzer və Jo de Veyrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Bazel” matçı saat 22:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu