Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib


"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Bakılılar Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında təşkil olunan görüş komandamızın qələbəsi ilə başa çatıb - 91:72.

Xatırladaq ki, Azərbaycan çempionu III turda Fransanın "Nanter 92" komandasını üstələmişdi - 87:80.

Komanda I turda "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə məğlub olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu