UEFA Avropa Liqası: "Qarabağ"ın oyunlarının təqvimi bəlli olub


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.


Təmsilçimiz sentyabrın 21-də, I turda Norveç "Molde"sini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.

"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi "Bayer 04" ilə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu