Fransa Litvaya 250 milyon avrodan çox dəyərində haubitsalar göndərəcək


Fransa Litvaya Caesar özüyeriyən haubitsalarının tədarükünü sürətləndirmək imkanlarını nəzərdən keçirməyə razılıq verib.

AFN.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronla görüşünün yekunlarına dair Litva Prezidenti Gitanas Nausedanın mətbuat xidməti məlumat yayıb.

Nauseda bildirib ki, Vilnüs haubitsaların alınmasına dair müqavilənin daha sürətli icrasında maraqlıdır. Onun sözlərinə görə, Makron və komandası tədarük müddətinin azaldılması yollarını müzakirə edəcəklərinə söz veriblər.

Litva prezidenti bu texnikanın ölkədə milli motoatıcı diviziyanın formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu layihə Litvanın tank bölmələrinin yaradılmasını da nəzərdə tutan ən böyük müdafiə təşəbbüslərindən biridir. Ölkə indiyədək silahlanmasında olmayan tankları Almaniyadan satın alır. Hazırda Litva ordusunun ən böyük hərbi birliyi briqada hesab olunur.

Xatırladaq ki, Vilnüs 2025-ci ilin dekabrında Fransadan Caesar Mk II özüyeriyən haubitsalarının alınması üçün 250 milyon avrodan artıq dəyəri olan müqavilə imzalayıb. Bu, Litvanın Fransadan aldığı ən böyük hərbi texnika partiyasıdır.

Razılaşmaya əsasən, Litva artilleriya sistemləri ilə yanaşı, onların istismarı və inteqrasiyası üçün zəruri dəstək paketi də əldə edəcək. Buraya hərbi qulluqçuların təlimi, trenajorlar və ehtiyat hissələri daxildir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu