Litva NATO qüvvələrinin yanacaq təminatına investisiya qoyur
Litva hərbi yanacaqdoldurma məntəqələri şəbəkəsinin qurulmasına 33 milyon avro investisiya yatıracaq.
AFN.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəsait cari ilin sonunadək və 2027-ci ildə hərbi hissələrdə, eləcə də strateji əhəmiyyətli nəqliyyat qovşaqlarının yaxınlığında yeni yanacaqdoldurma məntəqələrinin tikintisinə yönəldiləcək.
Layihə çərçivəsində yanacaqdoldurma məntəqələri ilə inteqrasiya olunmuş yanacaq anbarlarının və nəqliyyat vasitələrinin yuyulması üçün məntəqələrin də inşası nəzərdə tutulur.
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, yanacaqdoldurma məntəqələri infrastrukturunun inkişafı ordu texnikasının yanacaqla təminatı, həmçinin Litva ordusunun və NATO müttəfiqlərinin bölmələrinin əməliyyat mobilliyi baxımından mühüm əhəmiyyət daşıyır.

