İsrail hakerləri İranın yanacaq təchizatı sisteminə kiberhücum edib


İranda yanacaqdoldurma məntəqələrində istifadə edilən internet sisteminə edilən kiberhücum səbəbiylə bir çox yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırıldığı açıqlanıb.



İranın dövlət televiziyasına danışan İranın neft nazirinin müavini Cəlil Salari məsələ ilə bağlı məlumat verib.

Salari, "Yanacaqdoldurma məntəqələrinin təxminən 60 faizində problem var idi. Bu sahədə istifadə olunan internet sistemini bağladıq. Vətəndaşlarımıza əl ilə offline yanacaq xidməti verilir" deyə qeyd edib.

İran rəsmisi bildirib ki, problemin həlli istiqamətində səylər davam edir.

İran Neft Nazirliyi tərəfindən verilən açıqlamada problem həll olunana qədər əhalidən təcili olmadıqda yanacaqdoldurma məntəqələrinə getməmələri istənilib.

İsrail ordusunun radiosu da İsrail hakerlərinin İranın yanacaq təchizatı sisteminə kiberhücum təşkil etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu