İranın rəqəmsallaşma naziri ölkədə internetin kəsilməsinin səbəbini açıqlayıb


Ötən həftə, çərşənbə günü İranda internet kəsilməsi böyük kiberhücumla bağlı olub.


AFN.az xəbər verir ki, bu barədə İranın İnformasiya və Rabitə Texnologiyaları naziri İsa Zarepur bildirib. “Keçən həftə internetin kəsilməsi İnformasiya və Telekommunikasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarının səyləri nəticəsində dəf edilən böyük kiberhücumla bağlı idi. İlkin araşdırma göstərir ki, trafikin azalmasına səbəb olan çox böyük kiberhücum baş verib” - deyə nazir İRNA-ya bildirib.

İranda yanvarın 25-də bütün ölkə ərazisində internetin bir neçə dəqiqəlik kəsilməsi barədə məlumat yayılıb. Həmin gün ölkənin aidiyyatı qurumu problemin aradan qaldırıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu