Cənubi Afrikanın ən böyük şəhərində su böhranı


Cənubi Afrika Respublikasının ən böyük şəhəri olan Yohannesburqda elektrik enerjisinin kəsilməsi, ildırım çaxması və su borularının partlaması nəticəsində yaranan fasilələr səbəbindən su böhranı yaşanır.


Son 10 gündə susuzluğun gündəlik həyatın bir parçasına çevrildiyi 6 milyon əhalisi olan Yohannesburq ölkənin və bölgənin iqtisadi ürəyidir.

Ranburq Su Qoruğundakı su nasos qurğusunun elektrik enerjisinin kəsilməsi səbəbindən sıradan çıxması ilə başlayan su böhranı ötən həftə daha bir su qurğusunun ildırım vurması nəticəsində sıradan çıxması və şəhərə su aparan köhnə boruların bəzilərinin partlaması ilə pik həddinə çatıb.

Yohannesburq Su İdarəsi qrupları nasazlıqları aradan qaldırmaq üçün intensiv işləyir, lakin yaxın günlərdə suyun kəsilməsinin davam edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu