ABŞ Ukraynaya kəşfiyyat məlumatları verməyi dayandırıb?


ABŞ administrasiyası Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılıb-dayandırılmadığı ilə bağlı suala hələlik aydınlıq gətirməyib.

AFN.az xəbər verir ki, Ağ Evin yeni mətbuat katibi Keti Zəkariya ilk brifinqində bu məsələ ilə bağlı sualı cavablandırarkən daha sonra açıqlama verəcəyini bildirib.

Jurnalistlər ondan Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatları ötürməyi dayandırıb-dayandırmadığını soruşublar. Zəkariya isə məsələ ilə bağlı sonradan cavab verəcəyini deyib.

Qeyd edək ki, bundan əvvəl “Politico” nəşri ABŞ-ın Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməyi dayandıra biləcəyini yazıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu