Brent neftinin qiyməti 1,2 faiz azalaraq 105,37 dollara düşüb
Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 105,37 dollardan satılır.
AFN.az xəbər verir ki, ötən gün 107,33 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 106,65 dollarla başa vurub.
Brent neftinin dekabr fyuçerslərinin qiyməti bu gün saat 10:38-ə olan məlumata görə, əvvəlki bağlanış qiyməti ilə müqayisədə 1,2 faiz azalaraq 105,37 dollar təşkil edib.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin noyabr fyuçerslərinin bir bareli 92,46 dollar olub.
Qiymətlərin azalmasına ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna enerji atəşkəsi razılaşmasının qüvvədə qaldığı barədə açıqlamaları və Rusiya ilə əldə olunan dizel yanacağı razılaşması çərçivəsində qlobal bazarlara əlavə tədarükün mümkünlüyü ilə bağlı gözləntilər təsir göstərib.
Texniki təhlillərə görə, Brent neftinin qiymətində 108,54 dollar səviyyəsi müqavimət, 103,54 dollar səviyyəsi isə dəstək zonası kimi izlənilə bilər.
