Venesuela XİN rəhbəri Uruqvayı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
Venesuelanın xarici işlər naziri Feliks Plasensiya Uruqvayı ölkənin daxili işlərinə müdaxilə etməkdə və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmətsizlik göstərməkdə ittiham edib.
AFN.az xəbər verir ki, Plasensiya bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Venesuelalı nazir Uruqvayın xarici işlər naziri Mario Lubetkinin açıqlamalarına münasibət bildirərək, ölkəsinin suverenliyinə hörmət etməyən yanaşmaları qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Venesuelada demokratik birgəyaşayış məqsədilə siyasi dialoq çərçivəsində dəyişikliklər həyata keçirilir və Uruqvay tərəfinin mövqeyi bu prosesə hörmətlə yanaşmır.
Bundan əvvəl Uruqvayın xarici işlər naziri ölkəsinin Delsi Rodriges hakimiyyətdə qaldığı müddətdə Venesuela ilə diplomatik münasibətləri bərpa etmək niyyətində olmadığını açıqlayıb. Montevideo Rodrigesin legitimliyini şübhə altına alır.


