Panamada 6,1 maqnitudalı zəlzələ baş verib
Mərkəzi Amerika ölkəsi Panamada 6,1 maqnitudalı zəlzələ baş verib.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin paytaxt Panama şəhərindən təxminən 300 kilometr məsafədə yerləşən Rio Qrande şəhərinin 18 kilometr qərbində olduğunu bildirib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası isə 6,1 olub.
Mülki müdafiə qruplarının ilkin qiymətləndirmələrinə görə, zəlzələ insan tələfatına və maddi ziyana səbəb olmayıb.
Qeyd edək ki, oktyabrın 9-da Panamada baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində 30 nəfər xəsarət almış, yüzlərlə insan evsiz qalmışdı.

