Peruda 6,7 bal gücündə güclü zəlzələ baş verib
Cənubi Amerika ölkəsi Peruda 6,7 bal gücündə zəlzələ baş verib.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin Apurimak bölgəsindəki Upahuacho şəhərinin 38 kilometr şimal-qərbində yerləşdiyini açıqlayıb.
Zəlzələnin dərinliyinin 66,7 kilometr, maqnitudasının isə 6,7 olduğu qeyd edilib.
Digər tərəfdən, Peru Geofizika İnstitutu (IGP) zəlzələnin maqnitudasının 7,2 olduğunu bildirib.
Zəlzələ Perunun cənub və mərkəzi hissələrində hiss olunub, paytaxt Lima şəhərində də yeraltı təkanlar qeydə alınıb.
Mümkün insan tələfatı və maddi itkilər, eləcə də dağıntıların müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir.
