Yunanıstandan qanunsuz çıxarılan 22 qədim əşya geri qaytarılıb


İsrail Yunanıstandan qanunsuz çıxarılan 22 qədim artefaktı geri qaytarıb.

AFN.az xəbər verir ki, bu barədə Yunanıstanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

Əşyalar Afinadakı Milli Arxeologiya Muzeyində keçirilən mərasimdə Yunanıstanın mədəniyyət naziri Lina Mendoniyə təqdim olunub. Kolleksiyaya tarixi Attika bölgəsində hazırlanmış 15 vaza, altı Korinf vazası və bir qadın fiqurunu əks etdirən tunc heykəlcik daxildir.

Nazirliyin məlumatına görə, əşyalar İsrailin Qədim Əsərlər İdarəsinin qanunsuz qədim əşyaların ticarətinin qarşısının alınması üzrə bölməsi tərəfindən aşkarlanaraq müsadirə edilib. Tunc heykəlciyin həqiqiliyi isə əlavə araşdırılmalıdır.

Lina Mendoni bildirib ki, bu, İsrailin Yunanıstana qədim əşyaları ilk dəfə qaytarmasıdır və iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığın genişlənməsinə şərait yarada bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu