Yunanıstandan Türkiyəyə keçməyə çalışan 5 nəfər yaxalanıb - 3-ü terror təşkilatı üzvüdür


Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstandan Türkiyəyə keçmək istəyən 5 nəfəri saxlayıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan 3-nün terror təşkilatı üzvü olduğu təsbit edilib. Onlar Yunanıstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edərkən yaxalanıblar.

Milli Müdafiə Nazirliyi Tvitter hesabından verdiyi açıqlamada deyilir: "Məhmətcik zəlzələ bölgəsində olduğu kimi, sərhədlərimizdə də mübarizəsini davam etdirir. 5 nəfər Yunanıstandan qeyri-qanuni yollarla ölkəmizə keçməyə cəhd edərkən yaxalanıb. İstintaq zamanı həbs olunan şəxslərdən 1-nin PKK üzvü olduğu müəyyən edilib. Onlardan 2 nəfəri isə MLKP terror təşkilatının üzvü olub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu