Braziliya və Venesuela arasında yüksək səviyyəli dialoq bərpa oluna bilər
Braziliya və Venesuela diplomatik münasibətləri ən yüksək səviyyədə tam bərpa etməyə hazır olduqlarını bəyan ediblər.
AFN.az xəbər verir ki, bu barədə Braziliya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Braziliya prezidenti Luis İnasio Lula da Silva ilə Venesuelanın səlahiyyətlərini icra edən prezidenti Delsi Rodriqes arasında Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində ikitərəfli görüş baş tutub.
Görüşdə tərəflər diplomatik əlaqələrin tam bərpası ilə bağlı mövqelərini ifadə edib, həmçinin Braziliyanın Venesuelanın neft sektoruna investisiyalarının genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Braziliya lideri ikitərəfli tərəfdaşlığın iqtisadi əhəmiyyətini vurğulayıb və Braziliya işgüzar nümayəndə heyətlərinin son dövrlərdə qonşu ölkəyə səfərlərini xatırladıb.
