Zelenski Lula ilə G7 sammitində görüşə bilərlər


Zelenski Lula ilə G7 sammitində görüşmək istəyir



Ukrayna Prezidenti Vladimir Zelenski Braziliya rəhbərliyinə müraciət edərək, 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətində keçiriləcək “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə görüşmək istədiyini bildirib.



AFN.az xəbər verir ki, bu barədə Braziliyanın GloboNews telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.



Mənbələr Zelenskinin müraciətini təsdiqləsələr də, prezident Lulanın bu görüşə razı olub-olmadığını dəqiqləşdirməyiblər.



Xatırladaq ki, mediada Zelenskinin Braziliya Prezidenti ilə görüş istədiyinə dair xəbərlər vaxtaşırı yayımlanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu