Braziliya prezidenti Zelenski ilə görüşməkdən imtina etdi


O Globo yazır ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməkdən imtina edib.



Zelenski Argentina prezidentinin andiçmə mərasiminə gedərkən Braziliyada dayanarkən da Silva ilə görüşməyi təklif etsə də, o, bundan imtina edib. Mənbə bildirir ki, sorğu son anda dekabrın 7-də Lula da Silva və Braziliya Xarici İşlər Nazirliyinin nümayəndələri Cənubi Amerikada iştirak edən ölkələrin dövlət başçılarının sammitində olarkən imtina edilib.

Zelenskinin təklif etdiyi vaxt və şərait qəribə hesab olunub. Ukrayna lideri dekabrın 9-da axşam saatlarında Braziliyadakı aviabazada təyyarəsinə yanacaq doldurmaq üçün dayanıb. O, təyyarə enişindən iki saat sonra Argentinaya uçub.

Braziliyalı diplomatlardan biri nəşrlərdən birinə bildirib ki, çox nadir hallarda belə görüşlər aviabazada hazırlıqsız və əvvəlcədən xəbərdar edilmədən keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu