ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını artıra bilər - media


ABŞ-ın Yaxın Şərqdəki hərbi dəniz qüvvələrinin tərkibi 24-dən çox döyüş gəmisinə çata bilər.

AFN.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin hesablamasına görə, hazırda regionda ABŞ-ın iki aviadaşıyıcı zərbə qrupu və ümumilikdə təxminən 20 döyüş gəmisi yerləşir. “Theodore Roosevelt” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər bölgəyə çatdıqdan sonra mövcud qüvvələr də orada qalarsa, ABŞ donanmasının sayı 24-ü keçə bilər.

Nəşrin mənbələri ABŞ hərbçilərinin İrana qarşı yeni zərbələr endirilməsi ilə bağlı planlar hazırladığını bildiriblər. Məlumata görə, İsrail oktyabrın 19-da Pentaqon rəhbərinə mümkün hücum hədəflərinin siyahısını təqdim edib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə WSJ-yə açıqlamasında ABŞ-ın noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl İrana hücum etmək niyyətində olmadığını deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu