ABŞ "Theodore Roosevelt" təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərir - media
ABŞ yaxın bir neçə həftə ərzində Yaxın Şərqə 5 min nəfərlik heyəti olan "Theodore Roosevelt" təyyarədaşıyan gəmisini göndərir.
AFN.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Məlumata görə, "Theodore Roosevelt" regionda ən azı yeddi ay döyüş növbəsində olacaq. CNN qeyd edir ki, bu addım Yaxın Şərq münaqişəsi və beynəlxalq öhdəliklər səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələrinin üzləşdiyi gərginlik fonunda atılır.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqdəki məsuliyyət zonasına "George Washington" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu gəlib. O, hələ may ayında ABŞ-yə qayıtmalı olan "Abraham Lincoln" gəmisini əvəzləmək üçün regiona çatmışdı.

