Amerikanın təyyarədaşıyan gəmisi Cənubi Koreyada lövbər salıb


ABŞ-ın “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin Rusiya lideri Vladimir Putinin Şimali Koreyaya səfərindən sonra Cənubi Koreyanın Busan limanında lövbər salıb.



Bu barədə “Yonhap” agentliyi məluma yayıb.

Xəbərdə təyyarədaşıyan gəmini ABŞ esminesləri "Halsey" və "Daniel İnouye"nin müşayiət etdiyi qeyd edilib və iyunun sonunda ABŞ, Yaponiya və Cənubi Koreyanın iştirakı ilə planlaşdırılan təlimə Amerika döyüş gəmisinin də qatılacağı bildirilib.

Bütün bu hadisələrin Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya rəsmi səfərindən sonra Pxenyanla Moskva arasında əməkdaşlığın daha da güclənəcəyinə dair narahatlıqların artdığı bir mühitdə baş verdiyi müşahidə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu