Şimali Koreyanın kəşfiyyat peyki ABŞ-ın Havaydakı hərbi bazasının görüntülərini çəkib


Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın kəşfiyyat peyki tərəfindən çəkilmiş ABŞ-ın nüvə enerjili təyyarədaşıyan “Karl Vinson” gəmisinin fotoşəkillərinə baxıb.



Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilir ki, peyk Busan, Pohanq və Ulsan da daxil olmaqla “mühüm hədəf bölgələrinin fotoşəkillərini çəkib. Xüsusilə Amerika təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Busan limanında olub. Bundan əlavə kəşfiyyat peyki Havay adaları üzərində uçaraq Pearl Harbor-Hickam hərbi bazasının görüntülərini çəkib.

Koreya Mərkəzi Xəbər Agentliyinin qeyd etdiyi kimi, Pxenyan Vaşinqtonu "əlaltılarını" müasir silahlarla təmin etdiyinə görə tənqid edib. Şimali Koreya hakimiyyəti xəbərdarlıq edib ki, Koreya yarımadasındakı kiçik bir qığılcım belə qlobal nüvə müharibəsinə gətirib çıxaracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu