Şimali Koreya ABŞ hərbi bazalarına casus peyki ilə baxdığını iddia edib


Şimali Koreya kosmosa göndərdiyi hərbi casus peyki ilə ABŞ-ın San Dieqo, Yaponiya və Misirdəki hərbi bazalarını görüntülədiyini iddia edib.



Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, dünən Pxenyan rəhbərliyi kosmosa hərbi casus peyki göndərərək ABŞ-ın San Dieqo dəniz bazası, Yaponiyanın Okinava əyalətindəki Kadena hava bazası və Misirin Süveyşdəki bazalarını hədəfə alıb.

Kim Çen In Milli Aeronavtika və Kosmosun İnkişafı İdarəsindən (NADA) çəkilmiş fotoları da araşdırıb.

Digər tərəfdən, Şimali Koreya liderinin bacısı Kim Yo-jonq bu gün verdiyi açıqlamada ABŞ-ın dialoq və diplomatiya çağırışını rədd edərək, həmsöhbətini kosmosa daha çox casus peyk göndərməklə hədələyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu