Kim Çen In yeni kosmik güc dövrünün başladığını elan edib
İlk kəşfiyyat peyki olan Mulligyong-1-in orbitə çıxarılması KXDR-də kosmik sənayenin inkişafında yeni eranın başlanğıcı oldu. Bunu Şimali Koreya lideri Kim Çen In Aerokosmik Texnologiyalar üzrə Dövlət Baş İdarəsinin alimləri, mühəndisləri və əməkdaşları ilə görüşündə deyib.
Noyabrın 21-də Şimali Koreya “Mulligyong-1” kəşfiyyat peyki ilə birlikdə “Çollima-1” daşıyıcı raketini orbitə çıxarıb. KCNA-nın məlumatına görə, buraxılış uğurlu olub və qurğu orbitə çıxarılıb. Şimali Koreya bundan əvvəl may və avqust aylarında iki dəfə kəşfiyyat peykini buraxmağa cəhd etsə də, hər iki cəhd uğursuzluqla nəticələnib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də Pxenyanın ilk kəşfiyyat peykini orbitə çıxarmağa müvəffəq olduğunu açıqlayıb. Bununla belə Seulun fikrincə peykin normal işlədiyini müəyyən etmək üçün vaxt lazımdır.