KİV: ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupunu göndərir
ABŞ "USS George H. W. Bush" aviadaşıyıcısını Yaxın Şərqə göndərməklə regionda görünməmiş hərbi güc cəmləşdirir.
AFN.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu, bölgədə eyni vaxtda üç Amerika aviadaşıyıcısının olması deməkdir.
Yeni gələn gəmi hazırda Ərəbistan dənizində olan "USS Abraham Lincoln" və Xorvatiyada təmirdə olan "USS Gerald R. Ford" zərbə qruplarına qoşulacaq. Bu addım Prezident Donald Trampın İrana qarşı növbəti hərbi variantları nəzərdən keçirdiyi bir vaxtda atılır.
Xatırladaq ki, fevralın 28-dən bəri davam edən müharibə şəraitində ABŞ-ın regiondakı hərbi kontingenti genişlənməkdə davam edir.
