Tramp "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin Yaxın Şərqdən qayıtdığını təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin qüvvələrin planlı rotasiyası çərçivəsində Yaxın Şərqdən geri qayıtdığını təsdiqləyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp gəminin artıq yolda olduğunu və tezliklə oxşar başqa bir təyyarədaşıyan gəmi ilə əvəzlənəcəyini bildirib.
Daha əvvəl "The Wall Street Journal" nəşri ABŞ-nin "USS Abraham Lincoln" gəmisini əvəz etmək üçün Yaxın Şərqə "USS George Washington" təyyarədaşıyan gəmisini göndərməyə hazırlaşdığını yazmışdı. "Military Times" qəzeti isə gəmidəki bəzi hərbçilərin intihara cəhd etdiyini və missiyanın nəzərdə tutulandan daha çox uzandığını diqqətə çatdırmışdı.

