Rusiya ABŞ-yə dizel daşıyan ilk tankeri sabah yola salmağı planlaşdırır
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak ABŞ-yə dizel yanacağı daşıyacaq ilk tankerin sabah limandan yola düşəcəyini bildirib.
AFN.az xəbər verir ki, Novak Sankt-Peterburqda jurnalistlərə açıqlamasında Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair müqavilələrin imzalanması prosesinin son mərhələyə çatdığını deyib.
İlk tədarükün 40 min tonluq tanker vasitəsilə həyata keçiriləcəyini bildirən Novak ilk tankerin oktyabrın 22-də limandan ABŞ-yə doğru hərəkət etməsinin planlaşdırıldığını qeyd edib.
Tədarükün gələcəkdə də davam edəcəyini deyən Novak iki ölkənin liderləri arasında əldə olunan razılaşmalara uyğun olaraq ABŞ-nin dizel yanacağına olan tələbatını imkanları daxilində qarşılayacaqlarını bildirib.
Novak Rusiyanın dizel ixracını ilin sonuna qədər əvvəlki səviyyəsinə qaytara biləcəyini qeyd edib. Onun sözlərinə görə, ixrac neft emalı zavodlarının istehsal gücündən asılı olaraq mərhələli şəkildə artırılacaq.
Novak ixracın ilin sonuna qədər tam bərpa olunacağı təqdirdə digər ölkələrə də əvvəlki həcmdə dizel yanacağı tədarük edilə biləcəyini bildirib.
