ABŞ-da dizel ixracına 90 günlük qadağa hazırlığı
ABŞ Prezidenti Donald Tramp administrasiyasının dizel ixracına 90 günlük qadağa tətbiq etməyə hazırlaşdığı iddia edilir.
AFN.az xəbər verir ki, Politico məsələ ilə bağlı məlumatlı 5 mənbəyə istinadən yazıb ki, Tramp administrasiyası ölkədə yüksələn yanacaq qiymətləri fonunda radikal addım atmağa hazırlaşır.
Administrasiya dizel ixracına 90 günlük qadağa qoymağı planlaşdırır. Bununla belə, hökumət daxilində və neft sənayesində bu qərarla bağlı fikir ayrılığı mövcuddur.
Neft sənayesinin bəzi nümayəndələri, Respublikaçı Konqres üzvlərinin bir qismi və Tramp administrasiyasının bəzi rəsmiləri qadağanın qısa müddətdə qiymətləri aşağı sala biləcəyini, lakin gələcəkdə daha yüksək qiymətlərə səbəb ola biləcəyini bildirərək bu təşəbbüsə qarşı çıxırlar.
Digər tərəfdən, noyabrın 3-də keçiriləcək aralıq seçkilərə 7 həftədən az vaxt qalarkən yüksək enerji qiymətləri Respublikaçı namizədlər üçün problem olaraq qalır. Mənbələrdən bəziləri Trampın həftəsonuna qədər qadağanı elan etməyi düşündüyünü və mümkün mənfi nəticələri dekabrın problemi kimi qiymətləndirə biləcəyini bildiriblər.
Daşınmaların dayandırılması halında bu qərar keçmiş prezident Barak Obamanın 2015-ci ildə onilliklərdir qüvvədə olan neft ixracı qadağasını ləğv etməsindən sonra ABŞ-da enerji ixracına tətbiq edilən ilk məhdudiyyət olacaq.
ABŞ-da dizelin 1 qallonu 3,785 litr təşkil edir. Dizelin qiyməti ötən ildən bəri 2,83 dollar artaraq 6,50 dollar səviyyəsinə yüksəlib.

