ABŞ Ukrayna və Avropa nümayəndələri ilə təhlükəsizlik zəmanətlərini müzakirə edib


ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Osloda Ukrayna və Avropa nümayəndələri ilə Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi bu barədə mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Norveçdə keçirilən danışıqlarda Ukrayna tərəfi yeni ideya və təkliflər irəli sürüb. Təkliflərin konkret məzmunu açıqlanmasa da, müzakirələrin təhlükəsizlik zəmanətləri də daxil olmaqla, hərtərəfli sülh konsepsiyasının elementlərini əhatə etdiyi qeyd olunub.

Mənbələrdən biri bildirib ki, Uitkoff əldə olunmuş irəliləyişi davam etdirmək və bütün təklifləri çərşənbə günü Rusiya prezidenti Vladimir Putinlə müzakirə etmək niyyətindədir.

Çərşənbə axşamı Osloda Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti Uitkoff və Avropa ölkələrinin təmsilçiləri ilə görüşüb. Mənbələr ABŞ prezidentinin xüsusi elçisinin çərşənbə günü Rusiyaya səfər etmək planının qüvvədə olduğunu təsdiqləyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu