Trampın oğlu atasının İranla müharibəsinə qarşıdır
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp atasına İranla müharibənin Yaxın Şərqdə yeni münaqişələrdən yayınmaq barədə seçki vədlərinə zidd olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın oğlu müharibəyə şəxsi söhbətlərdə qarşı çıxır və narahatlığını birbaşa atasına çatdırır. Bununla belə, o, prezidentin siyasətini açıq şəkildə tənqid etməkdən çəkinir.
Jurnal xatırladır ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də fevral ayında İsrailin hərbi əməliyyatlarına qoşulmaq məsələsi müzakirə edilərkən İrana qarşı müharibənin başlanmasına dair narazılığını qapalı söhbətlərdə ifadə edib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və dövlət katibi Marko Rubio da İsrailin baş naziri Benyamin Netanyahunun fevralda Tehrana qarşı əməliyyatın mümkünlüyü barədə fikirlərinə şübhə ilə yanaşıblar.
Oktyabr ayında Research Center tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalıların 65 faizi Trampın İran münaqişəsini idarə etmə tərzini bəyənmir. Respondentlərin təxminən yarısı müharibənin bir ildən çox davam edəcəyini gözləyir. Bu, ABŞ administrasiyasının əvvəlcə açıqladığı dörd-altı həftəlik müddətdən xeyli uzundur.
Konqresə aralıq seçkilər ərəfəsində ABŞ-da dizel yanacağının qiymətinin kəskin artması da əhali arasında narazılığı gücləndirib. Nəticədə Respublikaçılar Partiyasının namizədləri öz partiyalarının prezidentinin apardığı müharibəni müdafiə etmək məcburiyyətində qalırlar.
