KİV: Rubio və Uolts İranın nüvə obyektlərinə zərbə vurmağın tərəfdarıdırlar

ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts nüvə silahı hazırlaya biləcəyi iddia edilən İran obyektlərinə zərbələr endirilməsinin tərəfdarıdır.
AFN.az xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı Donald Trampın çevrəsində İranla bağlı bu fikirlə bağlı mübahisələr var. Hazırda Amerika lideri Tehranla diplomatik sahədə qarşılıqlı əlaqəni davam etdirmək istəyir. Bununla belə, Trampın hansı nəticəyə can atdığı və bunu nə qədər gözləməyə hazır olduğu məsələsi hələ də qaranlıq qalır.
Eyni zamanda, nəşrin mənbələri bildirirlər ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard Yaxın Şərqdə yeni münaqişənin başlanması ehtimalından çox ehtiyat edirlər. "İran məsələsində, Tramp həm diplomatları, həm də amerikalı televiziya jurnalisti Taker Karlson kimi diplomatik yanaşma tərəfdarlarını dinləyir. ABŞ kəşfiyyatının hesablamalarına görə, İran nüvə silahı yaratmaq niyyətində deyil və onun obyektlərinin bombalanması, prezidentin bir sıra müşavirlərinin hesab etdiyi kimi, genişmiqyaslı regional müharibəyə gətirib çıxaracaq. Qəzet qeyd edir ki, İsrail kəşfiyyatı Tehranın yüksək zənginləşdirilmiş uranın istehsalını sürətlə artırmasına baxmayaraq, İranın ali lideri Əli Xamneyinin nüvə silahı yaratmağa icazə vermədiyini güman edir.